!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtidar-müxalifət dialoqunda yeni mərhələ: "Siyasi təbəqələr arasında sağlam münasibətlərin qurulması..."

!Reklam – Yazi

“Bu kimi müzakirələrin davamlı olması və siyasi qüvvələr arasında sağlam dialoqun gücləndirilməsi Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək”.

Bunu “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda iqtidar və müxalifət nümayəndələri arasında keçirilən görüş barədə fikirlərini bölüşən Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.

Razi Nurullayev bildirib ki, tədbirdə ölkənin siyasi inkişafı, yeni reallıqlar və qarşıdakı hədəflər ətrafında əhəmiyyətli müzakirələrin aparılması ciddi dönüş nöqtəsi ola bilər:

“Azərbaycanın tam suverenliyinin bərpası ölkədə siyasi münasibətlər sistemində də yeni mərhələ açıb. İndi qarşımızda duran əsas vəzifə bu yeni dövrə uyğun siyasi dialoqu davam etdirmək, əməkdaşlıq mühitini gücləndirmək və cəmiyyətin müxtəlif siyasi təbəqələri arasında sağlam münasibətlərin qurulmasını təmin etməkdir.

Ölkənin gündəlik həyatında siyasi institutların və partiyaların daha aktiv iştirakı, qanunvericilik sahəsində aparılan islahatlar və demokratik proseslərin dərinləşdirilməsi ölkənin gələcək inkişafı üçün vacibdir. İstərdik ki, milli maraqlara xidmət edən inklüziv siyasi mühitin formalaşdırılması və cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində fəal iştirakına yaradılan şərait daha da artsın.

Bu kimi müzakirələrin davamlı olması və siyasi qüvvələr arasında sağlam dialoqun gücləndirilməsi Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək. Bu baxımdan, bugünkü dəyirmi masa mühüm addımlardan biri kimi qiymətləndirilməlidir”.

www.yenicag.az

92
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv