!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İqtidar yetərincə geniş olan müxalif elektoratın verdiyi mesajı düzgün dəyərləndirməlidir” - MÖVQE

!Reklam – Yazi

“Yeni nazirlərin kimliyi həm də yeni kabinənin siyasətinin mümkün ştrixlərini müəyyənləşdirməyə imkan verəcək”.

Bu fikirləri Türkiyədə keçirilmiş son seçkilərdən sonra ölkə həyatının bütün sahələrində ciddi dəyişikliklərin olacağına dair anonsları dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin hakim siyasi koalisiyasının vitrinində ciddi dəyişikliklərin olması labüddür:

“Üç aya yaxın davam edən və Azərbaycanda diqqətlə, maraqla izlənilən Türkiyə seçkilərinin nəticələrində gözlənilməz heç nə olmadı. Prezident seçkilərinin qalibi ikinci turda müəyyənləşsə də, mayın 14-də ortaya çıxan nəticələr mənzərəyə aydınlıq gətirmişdi.

Rəcəb Tayyib Ərdoğanın növbəti qələbəsindən sonra qardaş Türkiyə yeni mərhələyə daxil olub və burada əhəmiyyətli dəyişikliklərin olması aşkar zərurətə çevrilib. Əslində, Ərdoğan və başqa rəsmi şəxslər bu barədə açıq fikirlər bildiriblər.

Fikrimcə, Türkiyə iqtidarı seçici kütləsinin 45 faizini təşkil edən və yetərincə geniş olan müxalif elektoratın verdiyi mesajı düzgün dəyərləndirməli, onların da baxışlarının, istəklərinin nəzərə alındığı addımlar atmalıdır. Bu siyasət həm də cəmiyyətdə barışığın yaranmasına təkan verəcək.

Eyni zamanda hakim siyasi koalisiyasının vitrinində ciddi dəyişikliklərin olması labüddür. Gözlənildiyi qədər, indiki hökumət kabinəsinin mütləq əksəriyyəti nazir postunda saxlanmayacaq. Yeni nazirlərin kimliyi həm də yeni kabinənin siyasətinin mümkün ştrixlərini müəyyənləşdirməyə imkan verəcək.

Bundan başqa, hesab edirəm ki, Azərbaycanda da ciddi rəğbət qazanmış MHP-də lider dəyişikliyi baş verməlidir. Yaşının ixtiyar çağında olan hörmətli Dövlət Baxçalı artıq öz yerini partiyadakı gənc liderlərdən birinə buraxmalıdır”.

A.Zeynalov

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv