!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadçıdan komitə rəhbərinə SƏRT REAKSİYA: "Sovet düşüncəsi Səfər Mehdiyevin canından çıxmayıb"

!Reklam – Yazi

“Gömrük orqanı şəxsi maraqlarını kənara qoysa, fiziki şəxslərin aylıq mal sifarişi limitinin 300 yox, 3000 dollara qədər artırılmasını dəstəkləməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Gömrük Komitəsinin vətəndaşlar üçün yaratdığı çətinliyə toxunan iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı qeyd edib ki, Gömrük Komitəsinin əsas problemi bu işin fəlsəfəsini bilməməsidir:

“Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev keçən il qəbul edilən məntiqsiz, mənasız bir qərarına görə, vətəndaşların 1000 dollara qədər xaricdən aylıq mal sifarişi haqqını 300 dollara endirdi. Səfər Mehdiyev bu qərarın səbəbi kimi bunu qeyd etmişdi: “İşbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü”.

Görünür, sovet düşüncəsi Səfər Mehdiyevin canından çıxmayıb. “İşbaz” sözü işini sevən, iş görmək istəyən deməkdir. Kimsə pul qazanmaq istəyirsə, onun qarşısını mənasız və məntiqsiz qərarlarla, sovet-kolxoz təfəkkürü ilə almaqdansa, vətəndaşlara həm özlərinin qazanması, həm də dövlətə vergi-rüsum verməsi üçün şərait yaratmaq lazımdır.

Gömrük orqanı bu işin fəlsəfəsini bilsə və şəxsi maraqlarını kənara qoysa, fiziki şəxslərin aylıq mal sifarişi limitinin 300 yox, 3000 dollara qədər artırılmasını dəstəkləməli, dövriyyədən rüsum və vergi tutulmasını təklif etməli idi. Bu addım dövlətin sosial yükünü azaltmaqla yanaşı, məhsulları daha ucuz qiymətlərlə bazara çıxararaq rəqabət yaradar, qiymətlərin ucuzlaşmasına səbəb olar, eyni zamanda dövlətə xeyir verər. Həmçinin bu yolla minlərlə vətəndaş özü-özünü dolandıra bilər”.

Gülşən Şərif

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv