!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi böhran dünyada yeni münaqişələri alovlandıracaq - HESABAT

!Reklam – Yazi

Dünyada artan enerji böhranı, inflyasiya və siyasi problemlər inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan bazarlarda sosial narazılıq riskini artırıb.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, bu barədə Qlobal Strateji Konsaltinq firmasının hazırladığı hesabatda məlumat verilib.

Hesabata görə, Ukrayna müharibəsi səbəbindən sərt qışa hazırlaşan Avropada və ərzaq məhsullarında kəskin qiymət artımlarının yaşandığı inkişaf etməkdə olan ölkələrdə iğtişaş potensialı artır. Enerji çatışmazlığı ehtimalının daha yüksək olduğu Almaniya kimi zəngin ölkələrdə risk davamlı olaraq artır. Digər tərəfdən, inflyasiyanın son 30 ilin ən yüksək səviyyədə olduğu İsveçrədə artım qeydə alınıb və rəsmilər yüksək qiymətlərin davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Tədqiqatçılar yaxın aylarda təhlükənin daha da artacağı qənaətindədirlər. Bu təhlükə xüsusilə inkişaf etmiş ölkələrdə sosial iğtişaşlar, küçə nümayişləri və fəhlə tətilləri formasında ola bilər. İğtişaşların azaldılması yalnız ərzaq və enerji qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə mümkündür.

Hesabatda Türkiyə ilə bağlı qiymətləndirmə də yer alıb. Bildirilib ki, 2023-cü il seçkiləri öncəsi Türkiyədə siyasi, iqtisadi və sosial gərginlik artmağa başlayıb.

Gülşən

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv