!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi çöküş: "Fırtınaya hazırlaşmağın vaxtıdır" - Milyarder Ceff Bezos

!Reklam – Yazi

Dünyanın ən zəngin adamlarından biri olan “Amazon”un qurucusu Ceff Bezos ABŞ iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edib.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, məşhur milyarder ​​iqtisadiyyatın fırtınaya hazırlaşmalı olduğu ilə bağlı siqnal göndərdiyini sosial şəbəkədə paylaşıb.

Belə ki, ötən gün Ceff Bezosun sosial mediada paylaşdığı videoda “Goldman” şirkətinin Baş direktoru David Solomon tənəzzül ehtimalının yüksək olduğunu və buna görə də ehtiyatlı olmağın vaxtı çatdığını bildirib.

Qeyd edək ki, ABŞ-nin ümumi daxili məhsulu iki rüb azalsa da, bu vəziyyətin tənəzzülə çevrilib-çevrilməyəcəyi ekspertlərin mühüm müzakirə mövzularından biridir. Bir çox iqtisadçı FED-in qiymət artımı ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırması ilə iqtisadiyyatın daha da yavaşlamasını gözləyir.

ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini kəskin artırmasının səbəb olduğu tənəzzül təhlükəsi ölkədəki nəhəng şirkətlərdə həyəcan təbili çalınmasına səbəb olub. Bu fonda “Amazon” şirkəti e-ticarət sektorundakı yavaşlamanın öhdəsindən gəlməyə çalışır. Nəhəng şirkət xərcləri azaltmaq üçün bir sıra addımlar atdığını açıqlayıb.

Gülşən

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv