!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İqtisadi əlaqələr Azərbaycan və Monteneqro arasında münasibətlərin əsas komponentlərindəndir”

!Reklam – Yazi

Monteneqro Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ölkənin Baş nazirinin müavini Aleksa Becic ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycan və Monteneqro arasında bir sıra sahələrdə əməkdaşlıq üzrə qeydə alınan inkişaf göstəriciləri digər sahələrdə də əlaqələrin daha da genişləndirilməsinə imkan verir.

Baş nazirin müavini ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, ölkəsinin əlaqələrə böyük önəm verdiyini söyləyib.

S.Qafarova Aleksa Becic ilə bundan öncəki görüşünü xatırladaraq, qanunverici orqanlarımız arasında əməkdaşlığın da Azərbaycan və Monteneqro arasında münasibətlərə töhfə verdiyini söyləyib.

S.Qafarova Baş nazirin müavininə regionda mövcud olan vəziyyət, ölkəmizin sülh təşəbbüsləri, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük tikinti və quruculuq işləri, nəhəng layihələr barədə də geniş məlumat verib.

Söhbət zamanı iqtisadi əlaqələrin ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən birini təşkil etdiyi vurğulanıb. Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaş kimi rolunu nəzərə alaraq, ölkələrimizin bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan potensialı, həmçinin turizm sektorunda nəzərə çarpan davamlı artım meylləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturuna malik tranzit ölkə kimi mühüm rolu, bu sahədə əməkdaşlıq imkanları qeyd olunub. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, insanlar arasında təmasların dərinləşməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv