!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat oldu

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinə müavin təyin olunub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Elkiyar Ziyadov gətirilib.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb və sözügedən qurumun strukturlarında müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə isə SOCAR-ın Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.

E. Ziyadov 2021-ci ilin noyabr ayından etibarən İZİA-da təyinatadək “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2018-ci ildən bu yana Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Modelləşdirməsi və Proqnozlaşdırma fənni üzrə dərs deyir.

E. Ziyadov ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv