!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadiyyatın əlavə dəyər PROBLEMİ: "Qeyri-nağd pul nə qədər sürətlə artarsa,.."

!Reklam – Yazi

“Qeyri-nağd dövriyyəni artıran əsas həlqə bank-maliyyə sektoru olsa da, əsasən iqtisadiyyatın potensialına bağlı məsələdir”. 

Yenicag.az xəbər verir ki, bunu ötən gün Mərkəzi Bankın açıqladığı illik hesabatı təhlil edən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı vurğulayıb ki, hesabata əsasən pul multiplikatoru 2014-cü ildən sonra ən aşağı səviyyyəyə (1,75-ə) düşüb. Son beş ildə həmin göstəricinin hətta 2.8-ə qədər yüksəlməsi qeydə alınmışdı və hazırkı səviyyə həmin maksimumdan az qala 40% aşağıdır:

“İqtisadiyyatda olan pul kütləsi nağd pulla qeyri-nağd pulun cəmindən ibarətdir. Burada nağd pul deyərkən həmçinin ehtiyatlar və müxbir hesablardakı vəsaitlər də nəzərdə tutulur. Qeyri-nağd pul nə qədər sürətlə artarsa və böyük həcmdə olarsa, pul multiplikatoru da bir o qədər yüksək olar. Hazırda müxtəlif ölkələrdə yaxşı hesab edilən səviyyə 3,5 və bundan daha yüksək olan göstəricidir. Qeyri-nağd dövriyyəni artıran əsas həlqə bank-maliyyə sektoru olsa da, əsasən iqtisadiyyatın potensialına bağlı məsələdir.

İqtisadiyyatın bankların əlində olan mövcud maliyyə resurslarına tələbatı və həmin resusrların istifadəsi hesabına milli gəliri artırmaq potensialı yüksək olmalıdır ki, əldə olunan qazancların bir hissəsi qənaətə çevrilib depozit kimi banklara qayıtsın. Nəzəri olaraq emissiya edilmiş hər manat əlavə 4 manat yığıma çevrilə biləcək əlavə 4 manata yarad bilmirsə, demək ki, iqtisadiyyatın əlavə dəyər yaratmaq potensialı minimum səviyyədədir. Mərkəzi Bankın çap maşının sürəti iqtisadiyyatın potensialından istifadə sürətini əhəmiyyətli dərəcədə qabaqlayanda multiplikatorun da səviyyəsi azalmaqda davam edir”.

Gülşən Şərif

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv