!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran 3 ölkənin səfirini XİN-ə çağırdı – “İkili standartlar” İTTİHAMI

!Reklam – Yazi

İranın Xarici İşlər Nazirliyi bazar günü Tehranın İsrailə endirdiyi zərbələrdən sonra Britaniya, Fransa və Almaniya səfirlərini çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Üç Avropa ölkəsi İranın şənbə gecəsi İsrailə raket hücumunu pisləyib.

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa məsələləri üzrə direktoru bu üç ölkəni “ikili standartlarda” ittiham edib, çünki onlar aprelin əvvəlində Rusiya tərəfindən hazırlanmış BMT Təhlükəsizlik Şurasının İsrailin Suriyadakı İran səfirliyinə hücumunu qınayan bəyanatına qarşı çıxırlar.

Xatırladaq ki, Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İranın İsrailə iri raket hücumu zamanı “bir neçə” hücum pilotsuz təyyarəsini vurmuşdu.

İranın İsrailə qarşı kütləvi hava hücumu zamanı Yaxın Şərqdəki Fransa qüvvələri də İranın pilotsuz hücum təyyarələrini vurub.

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv