Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İran ABŞ-la birbaşa uçuşları bərpa etməyə hazırdır

img1865330İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Hada Karmi beynəlxalq sanksiyaların ləğv olunması ilə əlaqədar ölkəsinin ABŞ-a birbaşa uçuşları bərpa etməyə hazır olduğunu bildirib.

“İran hava nəqliyyatı parkı ABŞ-a birbaşa reyslərin həyata keçirilməsini reallaşdıra bilən transatlantik təyyarələrlə təchiz olunub”, – H. Karmi bildirib.

Onun dediyinə görə, sözü gedən uçuşların bərpa olunması üçün müvafiq qurumlardan “diplomatik icazə” almaq lazımdır və belə icazənin əldə olunmasından sonra “Mülki Aviasiya Təşkilatı birbaşa uçuşların bərpa edilməsi prossesinin digər zəruri prosedurlarını həyata keçirəcək”.

Hada Karmi əlavə edib ki, sanksiyaların aradan qaldırılması ilə əlaqədar müxtəlif ölkələrdən olan böyük təyyarə istehsal edən şirkətlər İrana əməkdaşlıq təklif edib. “Təyyarə və müxtəlif avadanlıqların İrana satışı ilə bağlı daxil olan təkliflər müvafiq orqanlara göndərilib və artıq onlar öyrənilir”, – o, bildirib. (report)

www.yenicag.az

255