!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbaycan münasibətlərində GƏRGİNLİK: "Rəsmi Tehran  bu məsələdə bizə qarşıdırsa, buyursun…” - ŞƏRH

!Reklam – Yazi

“İranın son vaxtlar törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırdı. Artıq regionda baş verən proseslərdə İranın maraqlarını nəzərə almırıq. Bu doğru addımdır”.

Bunu İran-Azərbaycan münasibətləri gərginliyi fonunda Azərbaycanın İsraildə fəaliyyətə başlayacaq səfirliyi haqda İranın verəcəyi reaksiyadan danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, Azərbaycanın İsraildə səfirlik açması İran daxil olmaqla heç bir ölkəni maraqlandırmamalıdır:

“İstənilən dövlət istədiyi ölkədə səfirlik aça bilər. Və bu açılışlarda dövlət başçısı, yaxud XİN rəhbərinin iştirak etməsi normal haldır. Beynəlxalq hüquqa görə də burada heç bir mübahisəli proses yoxdur. Ermənistana sonsuz dəstəyini əsirgəməyən İranın Azərbaycanın İsraildə fəaliyyətə başlayacaq səfirliyi ilə bağlı söz demək hüququ yoxdur.

İran terroru maliyyələşdirən ölkədir. Azərbaycanın İrandakı səfirliyinə edilən hücumdan sonra hər bir təxribata hazır olmalı, qabaqlayıcı tədbirlər görməliyik.

İsrailin ətrafında İranın dəstəklədiyi silahlı qruplaşmaların olduğunu nəzərə almaq lazımdır. Misalçün, Livanda Hizbullah, Fələstində Həmas və sair. Bu qruplaşmalar İran dəstəyi hesabına maliyyələşir və Yaxın Şərqdə İranın maraqlarına xidmət edir.

Azərbaycan İsraildə səfirlik açırsa, təhlükəsizliyinə xüsusi diqqət ayıracaq. Ümumiyyətlə, bu məsələdə İsrail də həssasdır. Çünki bu, 30 il ərzində Azərbaycan-İsrail münasibətləri fonunda atılan ən ciddi addımdır.
Azərbaycan indiyə qədər bir sıra məsələlərdə İranı nəzərə alırdı. Lakin İranın son vaxtlar törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırdı. Artıq regionda baş verən proseslərdə İranın maraqlarını nəzərə almırıq. Bu, doğru addımdır.

İran bu məsələdə də Azərbaycana qarşı çıxacaqsa, buyursun. Onsuz da İran-Azərbaycan münasibətləri hazırda ən gərgin dövrünü yaşayır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

20036
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv