Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran Azərbaycan vətəndaşları üçün viza müddətini uzadıb

Reklam: Sinerji Pro

87b5a125a54e37cfc6f92aeed22083b2İran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb.

Bu ölkələr arasında Azərbaycan da var.

Müvafiq qərar vizanı aeroportdan alan xarici turistlərə aiddir. Qeyd edək ki, əvvəllər turistlər İrana 14 günlük viza ala bilirdilərsə, bundan sonra daha 15 gün artıra bilərlər.

Dəyişiklik diplomatik pasportlara malik şəxslərə, biznesmenlərə və jurnalistlərə aid deyil.

Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər.

Onu da bildirək ki, İrana səfər etmək istəyən ABŞ, Somali, Böyük Britaniya, Kanada, Banqladeş, İordaniya, İraq, Əfqanıstan və Pakistan vətəndaşları aeroportda viza əldə edə bilməzlər. Onlar bunun üçün ölkələrindəki İran konsulluqlarına müraciət etməlidirlər.

İran hökumətinin yeni viza proqramının turizmi inkişaf etdirmək məqsədilə tətbiq etdiyi vurğulanır(APA).

www.yenicag.az

307