!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran Azərbaycana qarşı sərgilədiyi sərt mövqedən dönməzsə...” - ŞƏRH

!Reklam – Yazi

“İran Azərbaycanın regional güc olduğunu qəbul etmirsə, Azərbaycan da öz tərəfdaşı İsraildə səfirlik açmaq hüququna malikdir”.

Bunu Azərbaycanın İsraildə fəaliyyətə başlayacaq səfirliyinin İran-Azərbaycan münasibətlərinə təsirindən danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İrandan Azərbaycana qarşı təhdid, təhlükə və təxribatların baş verməsi istisna deyil:

“Azərbaycan səfirliyinə edilən terror təxribatının arxasında İran dövləti dayanır. Videomateriallara sadə vətəndaş gözü ilə baxmaq hər şeyi görməyə kifayətdir. Təxribatı törədən şəxsin psixi xəstə elan edilməsi isə cinayətin ört-basdır edilməsinə yönəlik addımdır.

Azərbaycanın “Vətən” müharibəsindəki qələbəsi İranı ciddi şəkildə narahat edir. İran Azərbaycana qarşı sərgilədiyi sərt mövqeyindən çəkinməlidir. Biz uzun müddətdir İran-Azərbaycan münasibətlərinin soyuqlaşması fonunda İran-Ermənistan yaxınlaşmasını müşahidə edirik.

Azərbaycan müstəqil xarici siyasət yürüdən ölkədir. Bu günə qədər İsraildə səfirlik açmırdıqsa, müəyyən mənada İranın maraqlarını qiymətləndirərək addım atırdıq. Lakin İran Azərbaycanın regional güc olduğunu qəbul etmirsə, Azərbaycan da öz tərəfdaşı İsraildə səfirlik açmaq hüququna malikdir. Artıq Azərbaycanın səfiri təyin olunub və o diplomat fəaliyyətinə başlayıb. Səfirlik gələcək Azərbaycan-İsrail münasibətlərinə müsbət töhfə verəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv