!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbəycan münasibətlərində gərginliyin pik həddi - Müharibə nə qədər realdır?

!Reklam – Yazi

“İranda 40 milyon azərbaycanlı yaşayır. İran nə qədər ağılsız ola bilər ki, Azərbaycanla müharibəyə getsin?! Tehran rejimi bu nüansı gözardı edə bilməz”.

Bunu İran-Azərbaycan münasibətlərinin hansı həddə qədər gərginləşə biləcəyindən danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran-Azərbəycan münasibətləri artıq pik həddədir:

“İran-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün rəsmi şəxslər arasında telefon danışıqları yetərli deyil. Praktiki addımlar atılmadığı müddətcə gərginliyin davam edəcəyini demək olar. Müəyyən zamanlarda qırılma nöqtələri ola bilər. Lakin gərgin münasibətlərin hərbi münaqişəyə çatacağı real görünmür. Diplomatik korpusların fəaliyyəti dayandırıla və yaxud başqa bu yönda addımlar atıla bilər.

İranda 40 milyon azərbaycanlı yaşayır. İran nə qədər ağılsız ola bilər ki, Azərbaycanla müharibəyə getsin?! Tehran rejimi bu nüansı gözardı edə bilməz. Hazırda münasibətlər gərgin vəziyyətdədir, Lakin bundan o tərəfə gedə bilməz. Getsə belə, müharibəyə qədər çatması gözlənilən deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv