!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran bu səbəbdən sülh müqaviləsinin imzalanmasını istəmir” - ŞƏRH

!Reklam – Yazi

“İran Azərbaycanla Türkiyənin birləşməsini və Zəngəzur dəhlizinin açılmasını Türk dünyasının inkişafına töhfə verəcəyini və gələcəkdə Güney Azərbaycanın azadlıq hərəkatına başlamasına təkan verəcəyini düşünür”.

Bunu Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə İranın reaksiyasından danışan Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

 

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədən dövlətlərin başında məhz İran dayanır:

“Çünki Azərbaycanın İranla sərhəddə yerləşən əraziləri Ermənistanın işğalı altında idi. Və bu, İranın istədiyi çirkin əməlləri törətməsində rahatlıq yaradırdı. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu isə İranda böyük qıcığa səbəb oldu.

Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsindən sonra İran, ölkəmizin daha sürətlə inkişaf edəcəyini çox gözəl anlayır. Və bilir ki, bir gün Azərbaycan cənubda yaşayan soydaşlarının da hüququnu müdafiə edəcək, azərbaycanlılara qarşı diskriminasiyanın qarşısını alacaq. Bu səbəbdən sülh müqaviləsini istəməyən və əngəllər törədən ölkə məhz İrandır.

Üzdə özünü Qərb ölkələri ilə düşmən kimi göstərməyə çalışan İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə əngəl törətmək üçün məhz Fransa ilə əməkdaşlıq edir. ABŞ sülh tərəfdarıdır. Lakin müqavilənin Ermənistanın maraqlarına uyğun bağlanmasını istəyir.

Biz artıq bu cür halları normal qarşılayırıq. Çünki beynəlxalq hüququn təmin olunmasında aparıcı rol oynayan dövlətlər Ermənistanın Azərbaycan torpaqlarını işğalına qarşı dinmədi. Bunlardan belə nəticəyə gəlmək olur ki, ABŞ, Fransa, İran Cənubi Qafqazda sülh olmasını öz maraqlarına uyğun görmürlər.

ABŞ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını istəyir. İran Azərbaycanla Türkiyənin birləşməsini və Zəngəzur dəhlizinin açılmasını Türk dünyasının inkişafına töhfə verəcəyini və gələcəkdə Güney Azərbaycanın azadlıq hərəkatına başlamasına təkan verəcəyini düşünür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesaj İranı qıcıqlandırıb. Hazırki vəziyyətdə İran, düşmənlərinin sayını artırmamalıdır. Bu səbəbləri nəzərə alaraq Cənubi Qafqazda öz maraqlarının təmin olunmasını istəyən dövlətlərin münaqişənin həll olunmamış qalması üçün əlindən gələni etdiyini deyə bilərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv