!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran ərazisindən Azərbaycanın dövlət modelinə qarşı açıq çağırış edənlər..." - RƏY

!Reklam – Yazi

“İran yaxşı başa düşür ki, qalib Azərbaycanla hədə dilində, düşmənçilik tonunda danışmaq elə özünə zərbə vurur”.

Bunu İranın uzun müddətdir Azərbaycana qarşı apardığı təbliğatı dayandırmasının iki ölkə arasındakı münasibətlərə gələcək təsirindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İranla Azərbaycan kifayət qədər potensial əməkdaşlığa malik ölkələrdir:

“Bu günə qədər İranla Azərbaycan arasında iqtisadi mənada əlaqələr davam edir. Sadəcə olaraq İranın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra uzun illərdir informasiya sahəsində davam etdirdiyi düşmənçiliyi açıq şəkildə bəyan edərək iki ölkə münasibətlərini zədələməyi son dövrlər kəskin hal almışdı. Azərbaycandan İrana qarşı hər hansı addım atılmayıb. Lakin İran sırf qeyri- rasional yanaşmalar göstərdiyinə, diplomatik münasibətlərə ağıllı reaksiya vermək yerinə, ideoloji tezislərlə, uydurma böhtanlarla Azərbaycan haqqında özündə fikir yaratdığı üçün bu münasibətlər pozulmuşdu. Eyni zamanda, İran ərazisindən Azərbaycanın dövlət modelinə qarşı açıq çağırış edənlər vardı.

İran Azərbaycanla münasibətləri yaxşılaşdırmaqda səmimidirsə, ərazisində fəaliyyət göstərən separatçı terrorçuları, Azərbaycan əleyhinə çağırış edən terror təşkilatı ünsürlərini Azərbaycana təhvil verməlidir. İran da yaxşı başa düşür ki, qalib Azərbaycanla hədə dilində, düşmənçilik tonunda danışmaq elə özünə zərbə vurur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv