!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran Ermənistan üçün Azərbaycan və Türkiyə ilə vuruşmayacaq” – Rusiyalı politoloq

!Reklam – Yazi

“İran Ermənistana görə Azərbaycan və Türkiyə ilə vuruşmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

O bildirib ki, İran Yaxın Şərqdə yerləşir və özlüyündə orada böyük problemlər yaradır.

“Tehranın hələ də kifayət qədər gücü var. Bəs İran Ermənistan üçün döyüşəcəkmi? Xeyr, olmayacaq.
Türkiyə ilə müharibəyə gedəcəkmi? Xeyr, olmayacaq. Azərbaycanla da müharibə olmayacaq. Yəqin ki, təhdidlər olacaq”, – o hesab edir.

Satanovski xatırladıb ki, Ermənistan-İran əməkdaşlığı, Ermənistan-Türkiyə qarşıdurması, Ermənistan-Azərbaycan qarşıdurması, İran və Azərbaycan arasında mürəkkəb münasibətlər və Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri uzun tarixə malikdir.

“Ermənistanın hazırkı rəhbərliyi ABŞ və Fransaya arxalanır. Baxaq görək bütün bunlar Ermənistana, o cümlədən Zəngəzur dəhlizi məsələsində necə kömək edəcək”, – ekspert fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv