!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Fransa avtomobillərinin idxalına qadağa qoydu

!Reklam – Yazi

İran Fransa avtomobillərinin idxalına qadağa qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf  bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.

Nazirliyin qərarı çərçivəsində Fransanın “Renault”, “Peugeot” və “Citroen” kimi firmalarının istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, “Bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimizdə Yapon, Koreya, Çin və Fransa istehsalı olmayan Avropa avtomobilləridir”, – deyib.

“İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək”, – Kalibaf bildirib.

İranın “İran Khodro” və “Saipa” kimi avtomobil istehsalçıları daha çox “Peugeot”, “Renault” və “Citroen” kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.

Xarici şirkətlər, xüsusilə “Peugeot”, “Renault” və “Citroen” kimi fransız avtomobil istehsalçıları ABŞ-ın genişmiqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutub./Modern.az/

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv