!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Fransaya xəbərdarlıq etdi

!Reklam – Yazi

“Biz İranın Parisdəki səfirliyinə hücum aktını qətiyyətlə pisləyirik. Diplomatik quruma hücum səfirliyin konsulluq şöbəsinin işinə müdaxilə cəhdi və konsulluq xidməti almaq üçün diplomatik nümayəndəliyə müraciət edən vətəndaşların hüquqlarına qəsddir”.

Yenicag.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Nasir Kənani İran səfirliyinə hücuma görə Fransa hakimiyyət orqanlarına xəbərdarlıq edildiyini bildirib:

“Fransa beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirməli və İran səfirliyinin təhlükəsizliyinə cavabdeh olmalıdır”.
Xatırladaq ki, sentyabrın 9-da İranın Fransanın paytaxtı Parisdə yerləşən səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin qapısı tamamilə yanıb. Diplomatik nümayəndəlikdən heç kim xəsarət almayıb.

Mənbə: Tasnim

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv