!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran İraqla sərhədi bağladı

!Reklam – Yazi

İran hökuməti Bağdadda davam edən etiraz aksiyaları fonunda İraqla sərhəddə nəzarət-buraxılış məntəqələrinin işini dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi bildirib.

O deyib ki, sərhədlər növbəti sərəncama qədər bağlı olacaq. Nazir müavini sentyabr ayında qeyd olunacaq Ərbəin mərasimləri ilə əlaqədar iranlı zəvvarları İraqa səfər etməməyə çağırıb.

Quru sərhədi ilə yanaşı, Tehranla Bağdad arasında bir sıra aivareyslər də ləğv edilib.

Qeyd edək ki, ötən gün Bağdadda nüfuzlu siyasi xadim Müqtəda əs-Sədrin tərəfdarları etiraz aksiyası keçirib. İğtişaşlara çevrilən aksiyalarda indiyədək ölənlərin sayı 15 nəfərə çatıb.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv