!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran İsrailə qarşı müharibəyə QOŞULUR: 4 milyon könüllü QEYDİYYATDAN KEÇDİ - FOTO

!Reklam – Yazi

İran İsraillə müharibədə iştirak etmək istəyən könüllülər toplayır.

Yenicag.az xəbər verir ki, İran İsraillə müharibədə iştirak etmək istəyən könüllüləri qeydiyyatdan keçirmək üçün internet saytı yaradıb.

Hazırda 3,4 milyondan çox insan müraciət edib.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranın Fələstinin Həmas qruplaşması ilə İsrailin müharibəsinə girə biləcəyini etiraf edib.

İranın müharibəyə girib-girməyəcəyi ilə bağlı sualı cavablandıran Abdullahian “Biz bütün imkanları nəzərdən keçiririk” deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə tərəflərdən heç biri biganə qala bilməz.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti İsraili Qəzza zolağında dayandırmağa çağırıb.

Xuraman Etibarlı

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv