!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran İsraili neftsiz qoymağa ÇAĞIRDI

!Reklam – Yazi

İran İsraili neftsiz qoymağa çağırıb.

Yenicag.az xəbər veir ki, İran neft ixrac edən ölkələrin OPEC kartelini Qəzza zolağına hücumlara görə İsrailə neft tədarükünü dayandırmağa çağırıb.

Bundan əvvəl İranın rəsmi xəbər agentliyi İRNA İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir-Abdollahyanın bəyanatına istinad edib:

“Sionist rejimlə diplomatik əlaqələri olan islam ölkələri dərhal bu əlaqələri kəsməli, sionist rejimin səfirlərini öz ölkələrindən qovmalı və bütün neft ixracatını dayandırmalıdırlar”.

Yəhudi dövlətinin idxal etdiyi “qara qızıl”ın ən böyük həcmi Novorossiysk limanından İsrailə gələn Qazaxıstanın CPC Blend markalı neftinin və Türkiyənin Qara dəniz sahilindəki Ceyhan limanından gətirilən Azərbaycanın Azeri Light markalı neftinin payıdır.

Belə ki, bu il S&P Global Commodities at Sea-yə görə, İsrailin neft idxalının yarıdan çoxu Qazaxıstan və Azərbaycanın payına düşüb.

Xuraman Etibarlı

 

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv