!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran İsraili vurmaq üçün Güney Azərbaycanı hədəfə gətirdi: Sərhəddə nələr yaşana bilər? – AÇIQLAMA

!Reklam – Yazi

“İran təkcə Cənubi Azərbaycandan deyil, həmçinin Suriya, İraq və Livan ərazisindən də İsrailə raket və dronları göndərib. Hətta bu gün husilərin (Ənsərallah) malik olduğu raketlər belə İran istehsalıdır”.

Bu sözləri Yenicag.az-la söhbətində iranşünas politoloq Sədrəddin Soltan söyləyib.

O, İran tərəfindən İsrailə qarşı həyata keçirilən raket və dron hücumlarından sonra Təl-Əviv administrasiyasının İrana cavab zərbələri endirməsi ehtimalından söz açıb.

Xatırladaq ki, İranın İsrailə endirdiyi zərbələrin 45%-i Güney Azərbaycan vilayətlərindən həyata keçirilib ki, bu da bölgənin İsrailin hədəfində olması anlamına gəlir.

Məsələyə münasibət bildirən S. Soltana görə, bizim üçün regionda maraqlı olan həm Türkiyə, həm Güney Azərbaycan, həm öz ölkəmiz, həm də Suriya və İraqdakı türkmanların taleyi və müdafiə məsələləridir.

“1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsi zamanı Səddam Hüseyn Təbrizi bombalamışdı və həmin bombalardan biri Təbrizdəki məktəblərdən birinə düşmüşdü. Bu müharibədə də çoxlu sayda güney azərbaycanlı iştirak etmişdi. Qeyri-rəsmi məlumatlara görə, sözügedən savaşda 3 milyon yarım insan həlak olmuşdu ki, onların da təxminən yarısı İrandakı azərbaycanlılarla İraq türkmanlarının payına düşür”, – deyə o bildirib.

Analitik qeyd edib ki, Azərbaycan ictimaiyyətinin İran-İsrail məsələsindəki narahatlığı anlaşılandır:

“Çünki onlar təkcə soydaşımız deyil, həm də qan qohumumuzdur. Hesab edirəm ki, bu məsələdə Azərbaycan İsrail, ABŞ, Türkiyə, eləcə də Böyük Britaniya ilə fəaliyyətini uzlaşdırmalıdır. Çünki İran hakimiyyəti üçün Güney Azərbaycan türklərinin taleyi, gələcəyi və onun şəhərlərinin önəmi yoxdur. Məsələn, raketlərin uçduğu ərazilərdən biri də İranın əsas şəhəri olan Ərakdır. Bu ərazidə nüvə obyekti yerləşir və ehtimal olunur ki, bura da İsrailin hədəfidir. Deməli, İsrail təkcə Güney Azərbaycandakı hərbi bazaları deyil, həm də Ərakdakı nüvə obyektini vura bilər. Ona görə də Güney Azərbaycan ərazisi İsrailin hədəfindədir”.

Analitik aydınlaşdırıb ki, bu hədəflərə hücumlarda İsraili neytrallaşdırmaq məsuliyyətini birbaşa İran hakimiyyəti daşıyır:

“Azərbaycan isə insan haqları, soydaşlıq və milli haqların müdafiəsi məsələsinə görə burada güney azərbaycanlıların qorunması üçün müxtəlif səviyyələrdə siyasi-diplomatik danışıqlar apara bilər. Çünki Azərbaycan Prezidenti 50 milyonluq azərbaycanlının Prezidentidir. Bu isə onların qorunmasını vacib edən şərtlərdən biridir. Əgər bu hadisələr baş verərsə, Azərbaycan hakimiyyəti daha çox Qərb ölkələri ilə bunu həll etməyə cəhd göstərə bilər.
İsrailin hücumu nəticəsində baş verəcək axına gəldikdə isə, adətən, güney azərbaycanlılar bu tip məsələlərdə ölkədən qaçmırlar, əksinə, ölkənin daha sakit ərazilərinə köç edirlər. Lakin belə hadisənin baş verməsi nəticəsində sərhədyanı bölgələrdə gərginlik yarada bilər ki, bu da Azərbaycanın təhlükəsizliyi üçün xoşagəlməz hadisələrlə müşahidə oluna bilər”.

Rafi Müslümov

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv