!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran İsveçə yeni səfir göndərməkdən imtina etdi

!Reklam – Yazi

İran “Qurani-Kərim”in təhqir olunmasına görə İsveçə yeni səfir göndərməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə “IRNA” Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, “Qurani-Kərim”in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək.

Daha əvvəl IRNA İranın İsveçə yeni təyin olunmuş səfirinin yola düşməzdən əvvəl XİN başçısı ilə görüşdüyü barədə məlumat yaymışdı.

Yeni səfir Tbilisi və Brüsseldəki səfirliklərdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, həmçinin İranın Tacikistandakı səfiri olub.

Qeyd edək ki, İran İsveçdə “Qurani-Kərim”in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb./Yenisabah/

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv