!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran müharibəni Azərbaycanın başlatmasını istəyir" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın kimlə dost, kimlə düşmən mövqedə olmasına İran qərar verə bilməz”.

Bunu İranın son dövrlər Azərbaycana qarşı təxribat xarakterli addımlarının artması haqda danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İranın Azərbaycana qarşı düşmənçilik münasibəti bəsləməsinin bir neçə səbəbi var:

“Birinci səbəb Zəngəzur dəhlizi, ikincisi, ölkələri daxilində yaşayan soydaşlarımız sayəsində Azərbaycanın İranın parçalanması üçün addım atacağını düşünməsi, üçüncüsü, Azərbaycan-İsrail münasibətləridir.

Azərbaycanın kimlə dost, kimlə düşmən mövqedə olmasına İran qərar verə bilməz.

İsrailin ABŞ ilə birgə İranın nüvə istehsalı məntəqələrinə əməliyyat planı cənub qonşumuzu daha da aqressivləşdirib. Azərbaycanın İsraillə olan münasibətləri isə İranın heç də arzuladığı hal deyil.
Şuşa bəyannaməsi ilə Azərbaycanla Türkiyə arasında stratejik hərbi münasibətlər daha da inkişaf etdirildi. Azərbaycana qarşı təhdid yaranarsa, yanında Türkiyə olacaq. Eynisi Türkiyə üçün də keçərlidir. Yəni İran Azərbaycana qarşı həyata keçirmək istədiyi təxribatda Türkiyənin də gücünü nəzərə almalıdır. Hazırda İranın Azərbaycana qarşı hər hansı addım atmamasının səbəbi məhz Türkiyə ilə olan bəyannamədir.

Öz əraziləri daxilində hərbi təlim keçmələri öz işləridir. Lakin atdıqları addımlardan Azərbaycanı düşmən mövqedə gördükləri bəllidir.

İran Azərbaycanın ilk addım atmasını istəyir. Təlimlərdə Azərbaycanın tədbir görməsini, yaxud təyyarələrin vurulmasını istəyirlər. Yəni müharibəni Azərbaycanın başlatmasını planlayırlar. Azərbaycan isə hər zaman göstərdiyi səbrlə İranın təxribatlarına uymayacağını nümayiş etdirir.

İran hələ ki öz daxilindəki problemlərlə maraqlansa, daha yaxşı olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv