!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran nədən NARAHATDIR? - "Həm güclü türk birliyi, həm də islama yanaşma..."

!Reklam – Yazi

“Azərbaycan dirəndikcə, halal haqqını əldə etdikcə İran narahat olur”.

Bu sözləri Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş döyüş toqquşmasından sonra İranın “sərhədlərin dəyişməsinə icazə verməyəcəyik” bəyanatına münasibət bildirən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, İran türk və islam aləmində Azərbaycan və Türkiyənin avtoritetinin artmasından qorxur:

“İran bölgəmizdə islamı gözdən salmaq üçün, yəni islama düşmən olan qüvvələrin əlinə işləyən bir mexanizmdir. O cümlədən bölgədə Rusiya, Ermənistan, İran Türk dünyasına qarşıdır. Bu ölkələrin strateji hədəfləri var. Rəhmətlik Elçibəyi xatırlamaq istəyirəm. Onun İrana qarşı işlətdiyi gerçək fikirləri özünə qarşı istifadə edirdilər, guya İrana qarşı düşmənçilik edir. Ancaq indi görünür ki, Elçibəy İranın mahiyyətini çoxlarından qabaq görürmüş. Görürdü ki, İran adlı bir düşmən var və hər zaman da bizi əngəlləyəcək.

Ermənistanın kapituliyasiyaya getməsi, Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyin bərqərar olması güclü bir türk zolağının olmasına gətirib çıxarır. Bu, İranın strateji planlarını pozur – həm güclü türk birliyi, həm də islama yanaşmanı dəyişir. İranın həyacanı da bununla bağlıdır.

Ermənistan, Rusiya və İran arasında gizli bir razılaşma var. Bu hər üçünün maraqlarına uyğun konsepsiyadır ki, İran ona əməl edir. Eyni hədəfi üç ölkə də bölüşür. Təəssüfər olsun ki, istismar olunan ən böyük dəyər islami dəyərlərdir. Onu nüfuzdan salmaq üçün fədakarlıq edən İran qədər dünyada ikinci bir dövlət yoxdur. Azərbaycan dirəndikcə, halal haqqını əldə etdikcə İran narahat olur. Ortada bütöv Azərbaycan ideyası var. İran tərəfi bundan da narahatdır və bildirirlər ki, bütöv Azərbaycan röyadır. Bu, röya deyil, olacaq! Bu həm də halal haqqımızdır.

Bu baxımdan, İranın narahatlığı anlaşılandır. Azərbaycan doğru yolunu davam etdirməlidir. Azərbaycanın lideri güclü ola bilər, ancaq Azərbaycan xalqının iradəsi bütün idarəetmə şəbəkəsinə daşınmalıdır ki, Ermənistanın, Rusiyanın və İranın cəsus şəbəkəsi tamamilə sıradan çıxsın”.

Səxavət Məmməd

www.yenicag.az

1038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv