!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Prezidenti Suriyaya səfər edəcək

!Reklam – Yazi

İran Prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsədin dəvəti ilə çərşənbə günü iki günlük rəsmi səfər üçün Dəməşqə gedəcək.

Yenicag.az xəbər verir ki, bu haqda Suriyanın “SANA” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı Əsəd və Rəisi ikitərəfli əlaqələr, ortaq maraq kəsb edən siyasi və iqtisadi məsələlər, eləcə də bölgədəki müsbət irəliləyişləri müzakirə edəcəklər.

Səfər zamanı İran Prezidentini işgüzar dairələrin nümayəndələri və siyasətçilərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.
İran mediası bildirir ki, bu, İran Prezidentinin son on ildə Suriyaya ilk səfəri olacaq./Qafqazinfo/

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv