!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNDİ

!Reklam – Yazi

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“Tasnim” agentliyi öz növbəsində qeyd edir ki, bu gün səhər Məşhəddə Rəisinin dəfn mərasimi ilə bağlı şura iclası da keçirilib. Qərara alınıb ki, əsas küçə və ya meydanlardan birinə mərhum prezidentin adı verilsin.

***

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olub. Təyyarədə olanların hamısı, o cümlədən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da dünyasını dəyişib./unikal

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv