!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Prezidentinin Çinə səfərinin PƏRDƏARXASI: "Fars rejimi beynəlxalq sanksiyalar altında olduğu üçün..." - ŞƏRH

!Reklam – Yazi

Bu gün İran Prezidenti İbrahim Rəisi prezident seçildikdən sonra Çinə ilk səfərini edib. İran prezidentini Pekində hava limanında Çinin mədəniyyət və turizm naziri qarşılayıb. Çin sədri Si Cinpinin dəvəti ilə reallaşan səfərdə İbrahim Rəisi Çin lideri, Baş naziri, parlament sədri ilə görüşəcək. Bundan sonra nümyəndə heyətləri arasında görüş nəzərdə tutulub. Səfər zamanı tərəflər arasında bir sıra sənədlər də imzalanacaq.

Bu səfərin Çin-İran münasibətlərinə mümkün təsirləri ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, səfərin məqsədi İran və Çin arasında strateji əməkdaşlığı artırmaq və iki ölkə arasında əlaqələri daha da gücləndirməkdir:

“Ümumilikdə İran və Çin arasında münasibətlər strateji və iqtisadi xarakter daşıyır. İki ölkə arasında ticarət həcmi kifayət qədər yüksəkdir. İki ölkə arasında əməkdaşlıq sahələrinə enerji, neft-kimya, tikinti, telekommunikasiya və texnologiya daxildir.

Bundan əlavə, Çin İrana silah embarqosu tətbiq edən beynəlxalq ictimaiyyətdə bu ölkənin nüvə proqramını, fars rejimini dəstəkləyən ölkələrdən biridir. Çin son illərdə İranın strateji limanlarından biri olan Çabahar limanına sərmayə qoyub və bu yolla Mərkəzi Asiya və Avropaya çıxışı artırmağı hədəfləyib.

Bununla belə, İranın beynəlxalq sanksiyaları və ABŞ-nin regionda güc balansını dəyişmək siyasətləri səbəbindən İran-Çin münasibətləri ABŞ və müttəfiqləri tərəfindən diqqətlə izlənir.

İki ölkə liderləri İranın nüvə proqramı, regional təhlükəsizlik, terrorizmlə mübarizə və regional əməkdaşlıq kimi mövzularda da danışıqlar aparıblar. İranın beynəlxalq sanksiyalar altında olduğu üçün Çinlə ticarət əlaqələrini daha da gücləndirmək istədiyi düşünülür”.

Gülşən Şərif

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv