!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran qonşu ölkələrlə viza rejimini ləğv edir

!Reklam – Yazi

İran qonşu ölkələrlə viza rejiminin ləğv etməyə hazırlaşır.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İranın mədəni irs, turizm və əl işləri naziri Ezatullah Zərqami bildirib ki, son iki ildə İrana gələn xarici turistlərin koronavirus pandemiyasından sonrakı illə müqayisədə 38 faiz artıb.

“Koronavirus pandemiyasından sonra İranda turizm artımı qlobal orta göstəricidən 3 dəfə yüksək olub. Amma bu statistika ölkəmizin turizm imkanları ilə müqayisədə azdır. Biz turistlərin real artımını hədəfləyirik. Biz daim qonşu ölkələrlə viza rejiminin ləğvi istiqamətində çalışırıq. Xarici İşlər Nazirliyinin əməkdaşlığı sayəsində turizm üçün hər gün daha çox imkanlar yaradılır”, – nazir qeyd edib.

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv