!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran rejimi etirazçıları “fahişə” və "cinsi azlığın nümayəndələri” adlandırsa da...” – ŞƏRH

!Reklam – Yazi

“Ölkədə internet kəsilsə də, etirazçı qruplar öz aralarında əlaqələndirməni təmin edə bilirlər”.

Bu fikirləri İranda artıq bir neçə həftədir, davam edən etiraz aksiyalarının gedişatını dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, öz intensivliyini hələ ki qoruyub saxlayan etiraz hərəkatının son məqsədi rejimin dəyişdirilməsidir:

“Kənardan bəlkə də belə görünə bilər, amma İranda başlayan etiraz aksiyalarının səngidiyinə dair qənaətlər əsaslı deyil. Çünki ölkənin bütün böyük şəhərlərində aksiyalar bu və ya digər formada davam etməkdədir.

Bu dalğa elə bir səviyyəyə çatıb ki, böyük şəhərlərin bəzi bütöv məhəllələrində yaşayış binalarının önü rejim əleyhinə və insan haqlarının qorunmasına yönəlik tələblərin yazıldığı şüarlarla doludur. Hər hansı səngimədən söhbət gedə bilməz.

Digər tərəfdən, bir çoxları düşünə bilər ki, İrandakı etirazlar kortəbii xarakter daşıyır və heç bir koordinasiya yoxdur. Ancaq bu qətiyyən belə deyil. Ölkədə internet kəsilsə də, etirazçı qruplar öz aralarında əlaqələndirməni təmin edə bilirlər.

Hakim rejim bu etirazçıları “fahişə” və “cinsi azlığın nümayəndələri” adlandırsa da, dalğanı zəiflətmək mümkün olmur. Davam edən etiraz aksiyalarının nə qədər çəkəcəyini indidən söyləmək çətindir. Çünki burada əsas hədəf məhz rejimin dəyişdirilməsidir”.

A.Zeynalov

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv