!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Rusiyaya QARŞI ÇIXDI: "Biz Ukraynanın ərazi bütövlüyünün tərəfdarıyıq"

!Reklam – Yazi

İran Ukraynanın ərazi bütövlüyünün tərəfdarıdır.

Yenicag.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiana istinadla məlumat yayıb.

Abdullahian bildirib ki, İran istənilən ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edir və müharibənin siyasi dialoq yolu ilə dayandırılmasının vacibliyini vurğulayır.

Eyni zamanda o, bir daha Rusiyadan narazılığını bildirib:

“Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ilə strateji dialoqdan sonra Rusiyanın yekun bəyannaməsi imzalanıb və orada İrana qarşı bənd var”.

Sənəddə İranın özününkü hesab etdiyi Hörmüz boğazında yerləşən üç ada (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) ətrafında mübahisənin həlli ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsünə dəstək ifadə olunub.

“Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Rusiya hakimiyyət orqanlarından açıqlamalar gəldi, lakin biz bunları yetərli hesab etmirik. Rusiya və ya hər hansı digər tərəfin İranın ərazi bütövlüyü ilə bağlı bu praktikasının təkrarlanmasını qəbul etmirik”, – İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Məsimə

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv