!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran səfiri XİN-in yeni idarə rəisi ilə görüşdü

!Reklam – Yazi

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinin siyasi idarəsinin yeni təyin olunmuş rəisi Əkrəm Zeynallı ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərdə baş verən son hadisələr nəzərdən keçirilib.

Həmçinin, iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq və kommunikasiya prosesi müsbət qiymətləndirilib.

Ölkələr arasında münasibətlərdə yeni mərhələnin başlandığı vurğulanıb.

Eyni zamanda, Cənubi Qafqaz regionunda baş verən hadisələr barədə danışıqlar aparılıb.

Regonda davamlı sülhə nail olmaq səyləri, kommunikasiya və nəqliyyat dəhlizləri, konsulluq məsələləri görüşün müzakirə mövzusu olub.

Qeyd edək ki, Əkrəm Zeynallı Azərbaycanın Çindəki səfiri olub.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv