!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran səfirliyə hücumun psixi xəstəliyi olan şəxs tərəfindən törədildiyini iddia edərək...” – RƏY

!Reklam – Yazi

“Tehran indiyə qədər bu məsələdə nə Azərbaycanla əməkdaşlıq edir, nə də istintaqın gedişi haqda yetərli məlumat verir”.

Bu fikirləri İran hakimiyyətinin Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu həyata keçirmiş şəxsin istintaqının gedişi ilə bağlı davranışlarını dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

O hesab edir ki, iki ölkə arasında diplomatik əlaqələrin bərpası Tehranın bu istintaqa obyektiv yanaşması və ədalətli cəzanın tətbiq etməsi ilə baş tuta bilər:

“İran tərəfi hələ hadisədən sonra öz qanunvericiliklərini əsas götürərək, Azərbaycandan olan müstəntiqlərin istintaq prosesində iştirakını təmin etməkdən boyun qaçırmışdılar. Amma İran hakimiyyəti üzərinə belə bir öhdəlik götürmüşdü ki, istintaqın gedişi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarını müntəzəm məlumatlandıracaq və bu çərçivədə əməkdaşlıq ediləcək.

Amma əlbəttə ki, əməkdaşlıq deyəndə, Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarının dindirmə prosesində iştirakından söhbət getmirdi. Azərbaycan tərəfi əlində olan maddi və digər sübutların istintaqa təqdim edilərək qiymətləndirilməsini və başqa yardımlarını da təklif etmişdi. Çox təəssüf ki, İran indiyə qədər bu məsələdə nə Azərbaycanla əməkdaşlıq edir, nə də istintaqın gedişi haqda yetərli məlumat verir.

Bildiyiniz kimi, səfirliyimizə hücum edən şəxsi qısa müddət ərzində müalicə adı altında psixiatrik xəstəxanaya yerləşdirdilər və bununla da ölkədaxili və beynəlxalq ictimai rəyi yayındırmağa çalışdılar. Yəni səfirliyə hücumun psixi xəstəliyi olan şəxs tərəfindən törədildiyini iddia edərək, İranın üzərinə götürdüyü öhdəliklərin, beynəlxalq konvensiyaların tələblərini pozmadığı qənaətini formalaşdırmağa cəhd göstərdilər. Bu isə qəti şəkildə yolverilməzdir.

Azərbaycan hələ gözləyir və hesab edirəm ki, iki ölkə arasında diplomatik əlaqələrin bərpası Tehranın bu istintaqa obyektiv yanaşması və ədalətli cəzanın tətbiq etməsi ilə baş tuta bilər. Eyni zamanda, sadəcə, bu cinayətin icraçısı yox, həm də ona şərait yaradanlar aşkar edilərək layiqli cəzalarını almalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv