!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran tarixi şansını qaçırdı" - Vardanyan

!Reklam – Yazi

“İran tarixi şansını qaçırıb”.

Yenicag.az xəbər verir ki, bunu erməni siyasətçi Qaqik Vardanyan deyib. O bildirib ki, İranlı qadın (azərbaycanlı – red.) Nərgiz Məhəmmədi 2023-cü il Nobel Sülh Mükafatını qazanıb. O, bu ada İranda qadınların zülmünə qarşı mübarizəsinə, eləcə də insan hüquq və azadlıqlarının təbliğinə görə layiq görülüb.

“Əgər bu qadın doğrudan da iranlıdırsa, o zaman Qarabağdakı erməni qadınlarının da sıxışdırıldığını və qovulduğunu hiss etmədi?

Regionda sərhədlərin dəyişdirilməsinə razı olmayacağını mütəmadi olaraq bildirən İran Qarabağda baş verən hadisələrə göz yumdu. Acı ilə qeyd etmək istərdim ki, heç olmasa, Xudafərin su anbarı Ermənistan-İran nəzarətində qalmalı idi. Heç bir faktı demirəm ki, Qarabağ boşaldılmamalı idi. Bəs necə olur ki, İran bunlara məhəl qoymur?

İran, əslində, regiondakı strateji rolu – fars Ermənistanının müdafiəsi üçün tarixi fürsəti əldən verdi. Ermənistanın itirəcəyi çox az şey var (əsrlər boyu itirdikləri ilə müqayisədə) – 29,8 min kv.km və bir neçə milyon əhali. İran parçalanmaya və xaosa getməyə hazır olub-olmamasından asılı olmayaraq, açıq şəkildə bu yolu seçib.

Dövlətləri aradan götürmək istəyirsiniz? Bunu birbaşa və cəsarətlə edin, hansısa mükafatların arxasında gizlənərək, qırğınları təşviq etməklə yox”, – Vardanyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv