!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran tarixin arxivinə gedəcək" - Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Bir müddət səssizliyini qoruyan İran yenidən özünün Azərbaycana qarşı təxriabatlarına start verib”.

Bu fikri İsrail prezidentinin Azərbaycana səfərindən sonra İranın Azərbaycana qarşı yenidən təhdidedici bəyanatlar səsləndirməsi, uçuşların dayandırılmasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, İran tarixin arxivinə gedəcək:

“İranın addımlarını anlamaq olmur. Azərbaycanla normal münasibətləri olan bir ölkənin prezidenti Bakıya səfər edib. Yeri gəlmişkən, ciddi bir sənədlər də imzalanmayıb. Sadəcə danışıqlar aparılıb, səhiyyə sistemlərinin əlaqələndirilməsi istiqamətində ikitərəfli sənəd imzalanıb.

Bir müddət səssizliyini qoruyan İran yenidən özünün təxriabatlarına start verir. Gör o ölkə nə qədər təhlükəli, sivilizasiyadan kənardır ki, bütün məktəblərə, xüsusən azərbaycanlıların oxuduğu məktəblərdə Azərbaycan respublikası yox, Bakı respublikası deyilməsinə göstəriş verib.

Bundan başqa təzribatlar da görəcəyik. Heç nə olmadan özlərindən çıxıblarsa və Azərbaycana qarşı yenə də qan, nifrət qusmağa başlayıblarsa, onların ciddi psixoloji problemləri var, yaxud hədsiz dərəcədə cahildirlər. Qonşu ölkələrə radikal islamın elementlərini yaymağa çalışan, təcavüzkarlığı dövlət siyasəti edən bu ölkə tarixin zibilliyinə gedəcək. Düzdür, proseslər bir az ləng gedir, ancaq İranın dağılması qaçılmazdır”.

Səxavət Məmməd

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv