!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb

!Reklam – Yazi

İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib.

Bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

“Məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var. Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik”, – deyə o bildirib.

Diplomat vurğulayıb ki, 13 aprel hücumu məhdud xarakter daşıyır və minimum çərçivədən kənara çıxmayıb.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

Mənbə: Lenta.ru

www.yenicag.az

99
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv