!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran XƏBƏRDARLIQ ETDİ: "Hücumlar davam edəcək"

!Reklam – Yazi

İran xəbərdarlıq edib ki, İsrail və ABŞ-yə hücumlarını davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib. O deyib ki, İran və müttəfiqlərinin İsrail və ABŞ hədəflərinə hücumları İsrail ordusu bütün qoşunlarını Qəzza zolağından çıxarana qədər davam edəcək.

“Qəzza zolağında soyqırıma son qoyulması bölgədə hərbi əməliyyatlara və böhranlara son qoyacaq. Qırmızı dənizin təhlükəsizliyi birbaşa Qəzza hadisələri ilə bağlıdır. İsrailin Qəzzada cinayətləri dayanmasa, hər kəs əziyyət çəkəcək. Bütün müqavimət cəbhələri aktiv olaraq qalacaq”, – nazir qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv