!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran XİN Azərbaycanla ortaq dəhlizə müdaxiləyə rəy bildirdi

!Reklam – Yazi

Amerikalılar boğazdan yuxarı danışırlar.

Yenicag.az Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənanai deyib.

O, İran və Azərbaycan arasında “Araz” dəhlizinə ABŞ rəsmilərinin etirazı məsələsinə toxunub.

Nazirlik sözçüsü deyib: “İranın region ölkələri, o cümlədən Azərbaycan Respublikası ilə əməkdaşlığı iki ölkənin maraqları çərçivəsində davam edir və amerikalıların İranın qonşuları ilə münasibətlərinə qarışmağa haqqı yoxdur.

Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən dərs çıxarmalıdırlar. Bu cür müdaxilələrin Amerikaya heç bir faydası olmayacaq”.

Xatırladaq ki, Azərbaycan XİN də bu məsələyə münasibət bildirib.

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv