!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran yenə hədələdi: “Əsas məsuliyyəti ABŞ daşıyır”

!Reklam – Yazi

İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumuna görə əsas məsuliyyəti ABŞ daşıyır.

Yenicag.az xəbər verir ki, “Tesnim” agentliyinin məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri İsfahanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds bölməsinin komandiri, general Məhəmməd Riza Zahedinin dəfn mərasimində deyib.

O, Dəməşqə hücum zamanı Zahidinin və onu müşayiət edən iranlı əsgərlərin öldürülməsinin İsrailin sonunu sürətləndirdiyini söyləyərək, İsrailin hücumunun cavabsız qalmayacağını əmin edib.

İran Baş Qərargahının rəhbəri bildirib ki, ABŞ Dəməşqə hücuma görə cavab verməlidir.

Aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğunun binasına hava zərbələri endirib, ikisi SEPAH generalı da daxil olmaqla 7 nəfər həlak olub.

Daha sonra hücum nəticəsində 6 Suriya vətəndaşının da həlak olduğu xəbəri yayılıb.

Yenicag.az

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv