!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran yenə öz ampluasında: “Bu fikirlər Azərbaycanla soyuq qarşıdurmaya gətirib çıxara bilər”

!Reklam – Yazi

“İşğalçı Ermənistana şərait yaratmaq və onunla əməkdaşlıq etmək, Azərbaycanı sıxışdırmağa çalışmaq İranın ənənəvi siyasətidir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan və İran İslam Respublikasının ali dini rəhbəri Əli Xameneyinin görüşünü şərh edən politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, görüşdə Ermənistanın sərhəd məsələlərinin İranın “qırmızı xətti” olması ilə bağlı fikirlər səsləndirilib.

“İranla Azərbaycan arasında son zamanlar münasibətlərin istiləşməsi prosesi müşahidə edilirdi. İran-Azərbaycan sərhədində “Qız qalası” və “Xudafərin” hidroqovşağının istismara verilməsində birgə əməkdaşlıq, həmçinin Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması ətrafında aparılan razılaşmalar bunu deməyə əsas verir”, – deyə o bildirib.

Q.Əlibəyli qeyd edib ki, sadalanan amillər iki qonşu ölkə arasında xarici siyasətin dəyişməsinin göstəricisidir.

“Təəssüf ki, İranda dövlətin siyasətini ali dini rəhbər müəyyənləşdirir. Baş nazir hüququnda olan prezident isə yalnız qərarın icrasını təmin edir. Nəticə etibarilə Xameneyinin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanla soyuq qarşıdurmaya gətirib çıxara bilər. İşğalçı Ermənistana şərait yaratmaq və onunla əməkdaşlıq etmək, Azərbaycanı sıxışdırmağa çalışmaq İranın ənənəvi siyasətidir. Görünür ki, bu siyasət hələ də davam etdirilməkdədir. Əks halda, belə çıxışlar yolverilməzdir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv