!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran yenidən Azərbaycanı hədəf alır: "Moskva çökdükcə Tehran ölümünün yaxınlaşdığını hiss edir" - REAKSİYA

!Reklam – Yazi

“Bu, İranın ənənəvi antitürk siyasətindən, fars şovinizminin mahiyyətindən qaynaqlanır”.

Bu fikirləri son günlər iranlı rəsmilərin Azərbaycanı hədəf almasını, həmin ölkənin mediasında Azərbaycan əleyhinə yazıların yayımlanmasını şərh edən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Cahandar Bayoğlu bildirib ki, sözügedən sərsəm bəyanatlar fars şövinizminin mahiyyətindən qaynaqlanır:

“İranın gücü Moskvadır. Moskva çökdükcə Tehran ölümünün yaxınlaşdığını hiss edir. Tehran dedikdə fars faşizmini, Moskva dedikdə isə rus faşizmini nəzərdə tuturuq. Bu iki faşizm dünya xalqları tərəfindən məhvə məhkum ediliblər. Tehran da bunu gözəl başa düşür. İran ordusunun Quru Qoşunları komandanı general Əmir Heydərinin bir neçə gün öncə Azərbaycanı hədəfə alması ilə rəsmi Bakının Amerika ilə əməkdaşlıq etdiyini demək istəyir. Onlar qeyd edirlər ki, siyonizmin yenidən Azərbaycana gəlməsinə icazə verə bilmərik. Bu kimi açıqlamalar verilir. İran görür ki, Moskva çökəcək, rus faşizmi çökəcək. Belə durumda İran düşünür ki, Qərb Güney Qafqaza gələcək. İndidən həyəcan təbili çalır, belə sərsəm açıqlamalar verirlər. Bu, İranın ənənəvi antitürk siyasətindən, fars şovinizminin mahiyyətindən qaynaqlanır”.

Aqil Bəkir

www.yenicag.az

1552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv