!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda 2 silahlı hücum: SEPAH-ın hərbi obyekti və iki polis məntəqəsi hədəf oldu

!Reklam – Yazi

İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətində ikili silahlı hücum baş verib.

Yenicag.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rəsk şəhərindəki hərbi obyektinə, bir neçə dəqiqə sonra isə Çahbehar şəhərində iki polis məntəqəsinə hücum edilib.

“Bir neçə dəqiqə əvvəl Raska və Çahbehardakı hərbi qərargahlara terror hücumları olub. Vəziyyət nəzarət altındadır, ətraflı məlumat daha sonra veriləcək”, – Sistan və Bəlucistan qubernatorunun müavini Əli Rza Merhameti bildirib.

O, daha sonra bildirib ki, hücumlardan sonra baş verən atışmada 3 İran təhlükəsizlik məmuru həlak olub.

Sosial şəbəkələrdəki nəşrlərdəki hücumlara görə məsuliyyəti İranda terror təşkilatı kimi tanınan “Ceyş əl-Ədl” qruplaşması öz üzərinə götürüb.

İran mediasının məlumatına görə, təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında toqquşmalar davam edir.

Ceyş əl-Ədl “sünni bəluc xalqının hüquqlarını qorumaq” adı ilə Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində vaxtaşırı İrana qarşı silahlı hücumlar təşkil edir.

Yenicag.az

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv