Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda bu gündən dərslər başlayır

İranda yeni təhsil ili bu gündən etibarən başlanılıb.

Yeni təhsil ilinin başlanması ilə əlaqədar tədbirə İran prezidenti Həsən Ruhani və təhsil naziri Möhsün Hacı Mirzayi vidoe-konfrans vasitəsi ilə qatılıblar.

Beləliklə İranda yeni təhsil ili ötən illərlə müqayisədə iki həftə tez başlanılıb.

Məlumatda bildirilir ki, məqsəd ötən ilin təhsil çatışmazlığını aradan qaldırmaqdır.

İranın Koronavirusla Mübarizə Milli Komitəsi İranda dərslərin səhiyyə protokolları əsasında keçirilməsinə icazə verib.

Qeyd edək ki, koronavirusun yayılması səbəbi ilə İranın bəzi bölgələrində təhsil virtual qaydada keçirilir.

Əlavə edək ki, İranda 19 fevralda ilk koronavirusa yoluxma halı qeydə alınıb. Ötən günədək İranda 382 772 nəfər koronavirusa yoluxub, 22 044 nəfər bu virusdan ölüb və 330 338 nəfər sağalıb./Trend/

www.yenicag.az

331