!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda daha iki etirazçı edam edildi

!Reklam – Yazi

İranda edam edilən etirazçıların sayı 4-ə çatıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İranda keçirilən nümayişlər zamanı Kerac şəhərində “mühafizəçini öldürmək” ittihamı ilə edama məhkum edilən Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin hökmləri icra edilib.

Edam cəzasına məhkum edilən 3 nəfər haqqında qərar sənədləşmədəki nöqsanlar nəzərə alınaraq ləğv edilib və yenidən iş açılıb. Bildirilib ki, iş üzrə mühakimə olunan 11 təqsirləndirilən şəxsə isə “uzunmüddətli həbs” cəzası verilib.

Qeyd edək ki, Tehran yaxınlığındakı Kerac şəhərində noyabrın 3-də nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücumda bir Bəsic üzvünü bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən 16 nəfər mühakimə olunub. Müttəhimlərdən 5-i “Təhlükəsizlik güclərinə hücum etmək və ictimai asayişi pozaraq dünyada fitnə-fəsad törətmək” ittihamı ilə ölüm cəzasına məhkum edilmişdi.

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv