!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Azərbaycan fəallarına qarşı repressiya... -  Bununla fars-molla rejiminə XƏBƏRDARLIQ EDİLİR

!Reklam – Yazi

“Aksiyalar İrandakı mövcud rejimə xəbərdarlıqdır”.

Bunu İranda hələ də davam edən aksiyaların gələcək taleyindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Məhsa Əmininin öldürülməsi ilə başlayan etiraz aksiyaları hələ də davam edir:

“Aksiyanın şiddəti hər keçən gün daha da artır. Bəzi bölgələrdə isə iğtişaşların motivi dəyişərək inqilaba çevrilib. Azərbaycanlı gənclərin də öldürülməsi son zamanlar daha da artıb. Fars-molla rejimi aksiyanı bəhanə gətirərək, Cənubi Azərbaycan fəallarına qarşı repressiya həyata keçirir. Bu isə aksiyaların hələ bir müddət davam edəcəyinə işarədir. Molla rejimi demokratik islahatlar aparacağı zaman aksiyalar səngiyə bilər.

Hazırda baş verən proseslər qadınların baş örtüsü örtüb-örtməməsindən asılı deyil. Məsələ molla rejiminin milli azlıqlara qarşı etdiyi haqsızlıqlardır.

Verilən məlumata görə, İran ərazisində 100 minə yaxın erməni yaşayır. Yüz min erməninin 100-ə yaxın erməni dilində təhsil verən məktəbi var. İran rejimi erməni əhaliyə verdiyi səlahiyyətlərin 1/10-ni Cənubi azərbaycanlılara və digər etnoslara vermir.

Aksiyaların necə sonlanacağı Tehranın atacağı addımdan asılıdır. Rejim aksiyaçılara zor tətbiq etməyə davam edərsə, təsir əks-təsirə bərabərdir prinsipi həyata keçəcək. Yəni aksiyaçılar daha da aqressivləşəcək, daha da radikallaşacaq. Aksiyalar milli inqilab hərəkatına qədər yol ala bilər”.

Politoloq qeyd edib ki, aksiyaların davam etməsində İranın düşmən gördüyü ölkələr maraqlıdır:

“İsrail, Türkiyə, ABŞ İrandakı prosesləri yaxından izləyir. Aksiyalar mövcud rejimə xəbərdarlıqdır. Proseslərə böyük güclər qarışsa, silahlı qarşıdurmaya qədər müşahidə edəcəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv