!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda əhalini vahiməyə salan partlayış baş verdi - VİDEO

!Reklam – Yazi

Dünən səhər İranın şimal-şərqindəki Gülüstan əyalətinin mərkəzi olan Qorqan şəhərində əhalini vahiməyə salan partlayışlar baş verib.

Tezliklə Qorqan şəhərinin müxtəlif hissələrinə naməlum obyektlərin düşməsi ilə bağlı video reportajlar yayımlanıb.

Məlum olub ki, Qorqanın yaşayış rayonlarına, o cümlədən Standart bulvarına və Behişti küçəsinə, eləcə də ətrafdakı əkinçilik ərazilərinə minaatan mərmisinə bənzər əşyalar düşərək dağıntılar törədib, küçələrdən birinə isə iri naməlum obyekt düşüb.

Partlayışın ilk dəqiqələrindən etibarən ölkə mediasında ziddiyyətli xəbərlər yayılmağa başlayıb.
Ümumən Qorqanda baş vermiş partlayışla bağlı azı üç versiya irəli sürülüb: birincisi, İran pilotsuz təyyarəsinin qəzaya uğraması; ikincisi, naməlum pilotsuz uçuş aparatının İran hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması; üçüncüsü, İran Müdafiə Nazirliyinin keçirdiyi sınaqlar zamanı eyni vaxtda çoxsaylı hədəfi vura bilən raketin öz trayektoriyasından çıxaraq şəhərdə partlaması. Ortada bu versiyaların hər birini təsdiqləyən, eyni zamanda şübhə altına alan fakt və görüntülər var. Lakin daha mühümü bu hadisənin səhər yarım milyondan çox əhalinin yaşadığı şəhərdə baş verməsi, onun sakinlərdə doğurduğu şok və psixoloji sarsıntıdır.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı süjetini təqdim edirik:

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv