!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda etirazlar davam edir: Polisin müdaxiləsi nəticəsində daha 3 nəfər öldü

!Reklam – Yazi

İranın şimal-qərbindəki Mahabad şəhərində dünən keçirilən etiraz aksiyaları zamanı 3 nəfərin öldüyü bildirilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində öldüyü iddia edilən şəxsin dəfn mərasimindən sonra yenidən etiraz aksiyaları keçirilib.

Xəbərdə “Mahabadda keçirilən nümayişlərdə separatçı terror təşkilatları şəhərdəki siyasi və təhlükəsizlik mərkəzlərinə hücum edərək, iki bank şöbəsini yandırıb və bir mağaza zəncirini qarət ediblər” ifadəsi işlədilib.

Hadisələr zamanı 3 nəfərin həyatını itirdiyi bildirilsə də, onların kim və kimlər tərəfindən öldürüldüyü barədə məlumat verilməyib.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində iki gün ərzində Mahsa Emini etirazları zamanı ən azı 8 nəfərin həyatını itirdiyini qeyd edilir.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komada xəstəxanaya aparılan 22 yaşlı Məhsa Eminin sentyabrın 16-da ölümü ölkədə etirazlara səbəb olub.

Rəsmi mənbələrdən hadisələrlə bağlı dəqiq məlumat olmasa da, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı nümayişlərdə 200-dən çox insanın öldüyünü açıqlayıb. Təşkilatdan bildirilib ki, nümayişlərdə iştirak edən minlərlə insan saxlanılıb və həbs edilib.

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv