!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda həbs olunan “Super casus“ kimdir?

!Reklam – Yazi

İranın keçmiş yüksək vəzifəli rəsminin həbs edilməsinə dair iddialar güclənməkdədir.

Yenicag.az xəbər verir ki, bu barədə ilk məlumatı media fəalı Abbas Aslani öz “Twitter” hesabında açıqlayıb.

O qeyd edib: “Təcili: Məlumatlara görə, İranın keçmiş yüksək vəzifəli bir məmuru xarici kəşfiyyat xidmətinə casusluq etdiyi üçün həbs olunub. “Super casus” adlandırılan bu şəxs mühüm vəzifə daşıdığına görə ölkənin strukturunda yüksək nüfuza malik olsa da, nəhayət ki, müəyyən edilərək həbs və mühakimə olunub”.

Bu məlumatın ardınca ərəbdilli media fəalı Əli Haşim başqa iddia ilə çıxış edib.

O, İranda həbs olunan və yüksək səviyyəli məmur kimi xatırlanan şəxsin nazir vəzifəsindən aşağı pilləni tutduğunu bildirib.

Ə. Haşim mənbələrə istinadla iddia edib: “Həbs edilən şəxs illər əvvəl Müdafiə Nazirliyində işləyib, lakin o, nüfuzunu qoruyub saxlayıb və nüvə danışıqlarında rol oynayıb”./Yenisabah.az/

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv