Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İranda ilk dəfə qadın səfir təyin olundu

İran tarixində ilk dəfə sünni qadın səfir təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, prezidentin birinci müavini İshaq Cahangiri Sistan və Bəlucistan əyalətinə səfəri zamanı Hümeyra Riqini İranın Bruneydəki yeni səfiri olaraq təqdim edib.

Cahangiri Riqini “uğurlu bir vəzifə sahibi” olaraq qiymətləndirib. Riqi Malayziyaya səfir olaraq göndərilən Mərziyə Afham və Finlandiyaya göndərilən Pərvin Fərşçidən sonra 1979-cu il inqilabından bəri səfir olan üçüncü qadın olub.

Hümeyra Riqi İranın ilk sünni səfiri olaraq tarixə keçib. O, bundan öncə Sistan və Bəlucistan əyalətlərinə bağlı Çabahar rayon icra nümayəndəsi olaraq çalışıb./Trend/

www.yenicag.az

5074
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM